...

S. Freyzer: Biz çox ümid edirik ki, 2006-cı ildə münaqişə öz həllini tapa bilər

Siyasət Materials 18 Noyabr 2005 16:42 (UTC +04:00)
S. Freyzer: Biz çox ümid edirik ki, 2006-cı ildə münaqişə öz həllini tapa bilər

Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə direktoru Sabina Freyzer ilə müsahibə

- Dağlıq Qarabağ üzrə iknci məruzənin hazırlanmasını doğuran zərurət nə ilə bağlıdır?

- BBQ Dağlıq Qarabağ üzrə ümumilikdə iki hesabat hazırlayıb. Biz iki ayrı-ayrı hesabat hazırlamışıq ki, bunları bir yerdə dərc etdirək. İki məruzə hazırlanmasında məqsəd münaqişənin nizama salınmasına iki müxtəlif yanaşmanı ictimaiyyətə göstərməkdir. Birinci sənəddə Dağlıq Qarabağda yaşayan insanların ağır həyat şəraiti, eləcə də Dağlıq Qarabağdan Azərbaycanın digər regionlarına köçürülmüş şəxslərin vəziyyəti ilə bağlı məsələlər yığılıb.

İkinci məruzə danışıqlar prosesini əhatə edir. Bu, danışıqlar prosesinin necə inkişaf etdirildiyini izah etmək üçün hazırlanıb. Xüsusilə 2004-cü ildən bu günədək davam etdirilən Praqa prosesinə toxunulub.BBQ Azərbaycanda, Ermənistanda və Dağlıq Qarabağda iş aparıb və bunun yekunlarına əsasən məruzələr hazırlanıb.

- Sizin nümayəndələriniz bilavasitə Ermənistan qüvvələrinin nəzarəti altında olan ərazilərdə olubmu?

- Bəli, biz Dağlıq Qarabağda, Xankəndi və DQ-nin digər şəhərlərində olmuşuq. Həmçinin Kəlbəcər rayonunda olmuşuq.

- Sizin danışıqlar prosesinə münasibətiniz necədir və Siz onun təfərrüatı ilə nə dərəcədə tanışsınız?

- Mən artıq qeyd etdiyim kimi, Qrupun ikinci məruzəsi Praqa prosesini və danışıqların hazırkı mərhələsini əhatə edir. Biz başa düşürük və hiss edirik ki, irəliləyişə nail olunacaq. Xüsusilə biz bunu gələn 2006-cı ildə gözləyirik.Biz çox ümid edirik ki, münaqişə gələn il öz həllini tapa bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri bəyan edib ki, münaqişənin nizama salınması üzrə yalnız onlar vasitəçi mandatına malikdir. Bu bəyanatlar barədə sizin fikriniz necədir?

-Doğrudur. ATƏT-in Minsk qrupu danışıqlar prosesinin irəliləyişində mandatı olan beynəlxalq təşkilatdır. BQQ qeyri-hökumət təşkilatıdır.Bizim niyytəmiz Dağlıq Qarabağ problemi üzrə müzakirələr açmaqdır. Bizim danışıqlar prosesində iştirak etmək niyyətimiz yoxdur. Biz ictimaiyyətə danışıqlar prosesini başa düşməkdə və onu informasiya ilə təmin etməkdə kömək edirik.Biz, QHT kimi ictimaiyyətin nizama salınma prosesini başa düşməsi, eləcə də həmin məsələ üzrə geniş müzakirələrdə iştirak etməsi vəzifəsini qarşımıza qoymuşuq.

- Nə üçün sizin təklifləriniz ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanmayıb, amma geniş ictimaiyyət üçün açıqlanıb?

-Xeyr, bu, doğru deyil, biz təkliflərimizi ATƏT MQ həmsədrlərinə göndərmişik.

- Sizin təklifləriniz Avropa Birliyi və Avropa Şurası kimi digər beynəlxalq təşkilatlar tərəfindən nə dərəcədə dəstəklənir?

Biz beynəlxalq təşkilatlara məlum olan tövsiyələrin hazırlanması prosesindəyik. Bir neçə həftə bundan öncə Brüsseldə mən, şəxsən öz məruzələrimizi və əldə olunmuş məlumatları Avropa Komissiyası və Avropa Şurası da daxil olmaqla Avropa qurumlarının nümayəndələrinə təqdim etdim.Biz həm də həmin sənədi Böyük Britaniya hökuməti nümayəndələrinə təqdim etdik və yaxın aylarda Avropanın digər paytaxtlarında da bu işi davam etdirməyi planlaşdırırıq. Hələlik bizim məruzələrimiz nüfuzlu siyasətçilər tərəfindən böyük maraqla qarşılanıb.

- Siz Azərbaycan üzrə hər-hansı bir yeni sənəd hazırlayırsınızmı və Bakıya yenidən nə vaxt gəlməyi planlaşdırırsınız?

- Bəli, biz Azərbaycanın daxili siyasi vəziyəti üzrə məruzə hazırlayırıq və gələn həftə həmin məruzəni açıqlamağı nəzərdə tuturuq. Azərbaycana səfərə gəlincə, hələlik mənim belə planım yoxdur.

Xəbər lenti

Xəbər lenti