...

Azərbaycan və Pakistan prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 18 Noyabr 2005 18:34 (UTC +04:00)

Noyabrın 18-də Azərbaycan və Pakistan prezidentləri İlham Əliyev və Pəviz Müşərrəf arasında telefon danışışığı olub. Trend in Azərbaycan dövlətinin başçısının mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, söhbət Azərbaycane tərəfinin təşəbbüsü ilə baş tutub.

Danışıqlar zamanı İlham Əliyev pakistanlı həmkarına noyabrın 8-də baş vermiş zəlzələ nəticəsində çoxsaylı qurbanlar və dağıntılarla bağlı başsağlığı verib.

Azərbaycan prezidenti Pakistandakı son vəziyyətlə maraqlanıb və Pakistan xalqının hər hansı bir çətinliyin öhdəsindən gələcəyinə, o cümlədən, dağıdıcı zəlzələnin nəticələrinin aradan qalıdar biləcəyinə ümidvar olduğunu bildirib. İ. Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti bundan sonra da Pakistana yardım göndərməyə hazırdır. O qeyd edib ki, Pakistanda donor ölkələrin beynəlxalq konfransında respublikanın baş nazirinin birinci müavinin rəhbərldik etdiyi nümayəndə heyətinin də iştirak etdiyini də bildirib.

Öz növbəsində, Pərviz Müşərrəf İlham Əliyevə başsağlığı ilə əlaqədar dərin minnətdarlığını bildirərək Pakistanda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərdən danışıb.

Bundan sonra hər iki dövlət başçısı ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə edərək Azərbaycan-Pakistan əməkdaşlığının səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti