...

AR nəqliyyat nazirliyi imzalanmış "Şimal-Cənub" Sazişinə əsasən səlahiyyətli orqan kimi təsdiq olunub

Siyasət Materials 18 Noyabr 2005 19:02 (UTC +04:00)

Trend bildirir ki, noyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanmış ""Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə dair Saziş"ə əsasən Azərbaycandan səlahiyyətli orqan kimi AR nəqliyyat nazirliyinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Sazişin 3-cü maddəsinin 2-ci bəndinə əsaslanaraq AR nəqliyyat nazirliyi Azərbaycandan olan səlahiyyətli orqan kimi təsdiq edilib.

AR XİN-ə həmin Sazişin depozitarı olaraq İran İslam Respublikasını AR nəqliyyat nazirliyinin statusu barədə məlumatlandırması tapşırılıb.

Xəbər lenti

Xəbər lenti