...

Robert Simmons: NATO-nun sülhməramlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi tərəflərin qarşılıqlı razılığından asılıdır

Siyasət Materials 18 Noyabr 2005 19:44 (UTC +04:00)
Robert Simmons: NATO-nun sülhməramlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi tərəflərin qarşılıqlı razılığından asılıdır

NATO Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil və müvafiq olaraq NATO-nun sülhməramlı qüvvələrinin təmas xəttində yerləşdirilməsi barədə qərar tərəflərin qarşılıqlı razılığından asılıdır. Trend bildirir ki, noyabrın 18-də Bakıda NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bu barədə bəyan edib.

Onun sözlərinə görə, bu məsələ onun rəsmi Bakı ilə görüşündə müzakirə edilməyib. "Biz ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinin gedişini diqqətlə izləyirik və gələn il müsbət irəliləyişə ümid edirik"-deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti