...

R.Simmons: NATO Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razıdır

Siyasət Materials 18 Noyabr 2005 20:08 (UTC +04:00)

NATO Azərbaycan və alyans arasındakı əməkdaşlığın səviyyəsindən razıdır. Trend bildirir ki, noyabrın 18-də rəsmi Bakı ilə keçirilən danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bu barədə bəyan edib.

O, qeyd edib ki, əməkdaşlıq çərçivəsində NATO ilə fərdi tərəfdaşlıq Planına hazırlıq üzrə işlər uğurla həyata keçirilir. O, ümid etdiyini bildirib ki, ola bilsin ki, martda görülən iş barədə ilk hesabat verilsin. NATO baş katibinin xüsusi nümayəndəsi rəsmi Bakı ilə keçirilən danışıqlardan məmnunluğunu bildirib.Onun sözlərinə görə, alyans rəhbərliyi Azərbaycanla əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi tərəfdarıdır. NATO müdafiə sahəsində, xüsusilə struktur dəyşikliklərinin aparılması, müdafiə nazirliyi büdcəsinin səmərəli xərclənməsi və s. kimi sahələrdə islahatlar keçirilməsi üçün Azərbaycana texniki yardım göstərməyə hazırdır.

Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinə toxunan R.Simmons qeyd edib ki, NATO rəhbərliyi Azərbaycan hökumətinin yol verilən pozuntuların ləğv edilməsi üzrə atdığı addımları alqışlayır.

NATO nümayəndəsi Azərbaycanın müdafiə sahəsi büdcəsinin həcminin artırılmasını müsbət qiymətləndirir. Onun fikrincə, bu, ölkənin ümumi büdcəsinin artırılmasından irəli gəlir və Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə heç cür təsir edə bilməz.

Xəbər lenti

Xəbər lenti