...

Bahar Muradova: "Müxalifət yenidən Nardaran hadisələrini törətməyə cəhd göstərir"

Siyasət Materials 19 Noyabr 2005 14:13 (UTC +04:00)

"Müxalifət Bakı kəndlərində mitinqlər keçirməyə cəhd göstərməklə 2002-ci il məlum Nardaran hadisələrini yenidən törətmək məqsədini güdür". Bu barədə Trend ə hakim Yeni Azərbaycan partiyası icra katibinin müavini Bahar Muradova bildirib.

Qeyd edək ki, müxalif qüvvələr ilk mitinqlərini noybarın 15-də Nardaran kəndində keçirib. Daha sonra isə Maştağa, Bilgəh və Zabratda belə aksiyalar prlanlaşdırılıb.

B.Muradova onu da bildirib ki, müxalifət seçkinin nəticələrinn saxtalaşdırılmasını bəhanə edərək kəndlərdə planlaşdırdığı mitinqləri başqa istiqamətə də yönəldə bilər: "Müxalifətin aksiyaları məqsədsiz olmur. Müxalifət yalnız bir -iki kənddə öz məqsədinə çata bilər. Ancaq Bakı kəndlərinin əksəriyyəti bu aksiyalara hazırlaşmır".

YAP rəsmisi onu da vurğulayıb ki, iqtidar müxalifətin istənilən bəd niyyətinin qarşısını almağa qadirdir.

Xəbər lenti

Xəbər lenti