...

Azərbaycan Pakistana $1 milyon əlavə yardım göstərəcək

Siyasət Materials 19 Noyabr 2005 14:24 (UTC +04:00)

Azərbaycan Pakistana oktyabrın 8-də dağıdıcı zəlzələdən sonra ehtiyacı olanlara $1 milyon məbləğində yardım göstərəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Elçin Əfəndiyev məlumat verib.

Onun sözlərinə görə, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. "Ona görə də bu təbii fəlakəti Azərbaycan xalqı böyük ürək ağrısı ilə qəbul edir. Bundan əvvəl Azərbaycan prezidentinin qərarı ilə Pakistana 500 min dollar məbləğində yardım göstərilmişdi. Bu yardım bu gün də davam etməkdədir", -deyə o bildirib. E.Əfəndiyev bildirib ki, Azərbaycan prezidenti bu günlərdə pakistanlı həmkarı Pərviz Müşərrəflə telefon söhbəti aparıb və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə İslamabadda çağırılmış beynəlxalq konfransda da iştirak edir. Pakistan hökuməti fəlakətin nəticələrinin aradan qaldırılması üçün ən azı 5 milyard dollarnı zəruri olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti