...

Müxalifətin növbəti yürüş-mitinqi noyabrın 27-də keçiriləcək

Siyasət Materials 21 Noyabr 2005 11:07 (UTC +04:00)

Müxalifətin seçkinin nəticələrinə etiraz olaraq keçirəcəyi növbəti kütləvi aksiyanın vaxtı noyabrın 27-nə təyin olunub. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Qeyd edək ki, "Azadlıq" bloku növbəti aksiyanı noyabrın 23-nə təyin etmiş və bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Lakin blokun liderlərinin toplantısında bu tarixin dəyişdirilməsi barədə qərar qəbul olunub. Noyabrın 21-də növbəti kütləvi aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Müxalifətçilər noyabrın 27-də saat 15.00-dan 18.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" meydanınadək yürüş-mitinq keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, bu aksiyada "Azadlıq" blokundan başqa, "Milli Birlik" Hərəkatı, "Yeni Siyasət" bloku, Azərbaycan Liberal Partiyası və digər siyasi partiyalar da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti