...

İqbal Ağazadə: "Müxalifətin seçkinin nəticələrini ləğv etmək iddiası absurddur"

Siyasət Materials 21 Noyabr 2005 11:14 (UTC +04:00)

"Müxalifət seçkinin nəticələrini ləğv etdirmək və yenidən seçki keçirmək gücündə deyil". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O qeyd edib ki, 6 noyabr parlament seçkilərinin nəticələrinin ləğvini tələb etməyin heç bir perspektivi yoxdur.

İqbal Ağazadə hesab edir ki, yalnız MSK tərəfindən nəticələri ləğv edilmiş seçki dairələri üzrə təkrar seçkilər keçiriləcək, lakin ümumilikdə ölkə üzrə nəticələri ləğv edib yenidən seçki keçirmək iddiasına düşmək absurddur: "Seçkidə uğur qazana bilməyənlərin ümumilikdə seçkinin nəticələrini pis qiymətləndirməsi düzgün deyil. Seçkidə qanun pozuntularının olması barədə ümumi təsəvvürlərimiz var və bilirik ki, bu seçki beynəlxalq standartlara uyğun keçirilmədi. Lakin bu o demək deyil ki, seçkinin düzgün nəticələri də qəbul edilməməlidir. Nəticələri tanımayan müxalifətçilərin mənim namizəd olduğum dairədəki nümayəndələri böyük fərqlə şəxsən mənə uduzdular",-deyə İqbal Ağazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti