...

MSK daha 12 seçki dairəsinin bir neçə məntəqələrinin nəticələrini ləğv edib

Siyasət Materials 21 Noyabr 2005 12:04 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bir neçə seçki dairəsinin bəzi məntəqələrinin nəticələrini ləğv edib. Trend xəbər verir ki, bu qərarlar noyabrın 20-də keçirilən MSK-nın iclasında qəbul olunub. MSK katibləri və üzvləri müxtəlif dairələr üzrə qanun pozuntularına yol verilən məntəqələr barədə məlumat verərək həmin məntəqələrin nəticələrinin ləğv olunmasını təklif ediblər.

Beləliklə, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13, 16, 17 saylı məntəqələrinin, 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 15 və 26 saylı məntəqələrinin, 45 saylı Abşeron seçki dairəsinin 6, 12, 35, 36 saylı mənətəqlərinin, 54 saylı Dəvəçi-Siyəzən dairəsinin 3, 7, 49, 51 saylı mənətəqələrinin, 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 3, 11, 16, 18, 21, 30 saylı mənətəqəlrinin, 59 saylı Salyan dairəsinin 22, 35 saylı mənətəqələrinin, 95 saylı Tərtər dairəsinin 1, 13, 19, 23, 25, 28 saylı mənətəqələrinin, 107 saylı Qazax dairəsinin 13 və 29 saylı mənətəqələrinin, 115 saylı Şəki kənd ikinci seçki dairəsinin 14, 26, 39, 42 saylı məntəqələrinin nəticələri ləğv olunub. Həmçinin, 5 saylı Şahbuz-Babək dairəsindən bir məntəqənin, 105 saylı Tovuz dairəsinin 2 məntəqəsinin, 112 saylı Qax dairəsinin 5 məntəqəsinin nəticələrinin ləğv olunmasına dair qərar çıxarılıb.

Qeyd edək ki, bütün bu məntəqələrin nəticələrinin ləğvi həmin dairələrin heç birinin yekun nəticəsinə, yəni qalib gəlmiş namizədin birinciliyinə təsir göstərməyib.

Xəbər lenti

Xəbər lenti