...

İslam Konfransı Təşkilatının növbəti sammitində islam dünyasının problemləri və onların həlli yolları müzakirə olunacaq

Siyasət Materials 21 Noyabr 2005 13:17 (UTC +04:00)

İslam dünyasının problemləri və onların həlli yolları İslam Konfransı Təşkilatının dekabrın 7-8-də Məkkədə keçiriləcək növbəti sammitinin gündəliyinə daxil ediləcək əsas məsələlər olacaq. Bu barədə Trend ə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən xəbər verilib.

İki gün ərzində aktual siyasi, iqtisadi və mədəniyyət problemləri, islam dünyasında hadisələrin inkişafı müzakirə olunacaq. Sammitin açılışında Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz müsəlmanlara müraciətlə çıxış edəcək.

Xatırladaq ki, İKT 1969-cu ildə müsəlman ölkələrinin Rabatda (Mərakeş) keçirilmiş iclasında yaradılıb. Dövlət və hökumət başçılarının konfransı 3 ildə bir dəfə keçirilir. Təşkilatın siyasi orqanı xarici işlər nazirlərinin konfransı, icra orqanı isə qərargah mənzili müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən Baş katiblikdir.

Xəbər lenti

Xəbər lenti