...

Belçikanın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Bakıda danışıqlar aparır

Siyasət Materials 21 Noyabr 2005 13:32 (UTC +04:00)

Belçikanın ATƏT-dək nümayəndəliyinin rəhbəri Pyer Şevalye noyabrın 21-də Bakıda danışıqlar aparır. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşlər silsiləsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyrov və Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla danışıqlarla başlayıb. Proqrama, həmçinin, Milli Məclisin spikeri Murtuz Ələsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi və başqaları ilə görüşlər də daxil edilib. Bundan başqa, ölkə prezidenti İlham Əliyevlə də görüş istisna edilmir.

Pyer Şevalye Bakını noyabrın 22-də tərk edəcək. Səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində həyata keçirilir.

Belçika 2006-cı ildə ATƏT-də sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti