...

Azərbaycan-Səudiyyə hökumətlərarası komissiyasının növbəti iclası fevral-mart aylarına planlaşdırılıb

Siyasət Materials 21 Noyabr 2005 14:20 (UTC +04:00)

Azərbaycan və Səudiyyə Ərəbistan arasında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının 2006-cı ilin fevral-mart aylarında keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bu, hökumətlərarası komissiyasının üçüncü iclası olacaq. Azərbaycan tərəfi iclasın gündəliyinə daxil etmək istədiyi təklifləri hazırlayaraq SƏ hökumətinə təqdim edib. İkitərəfli iqtisadi-ticarət, mədəniyyət, elmi-texniki əlaqələrə dair təkliflərə artıq SƏ hökumətində baxılır.

Xatırladaq ki, komissiyanın həmsədrləri Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Yaqub Eyyubov və SƏ-nin sənaye və tiacərt naziri doktor Haşim Abdulla Yəmənidir.

Xəbər lenti

Xəbər lenti