...

Eldar Namazov öz hüquqlarını İnsan Haqları üzrə Avropa Məhkəməsində müdafiə etmək niyyətindədir

Siyasət Materials 21 Noyabr 2005 16:28 (UTC +04:00)

"Yeni siyəsət" seçki bloku Azərbaycanda parlament seçkilərinin nəticələrini tanımır. Trend in məlumatına görə, bu barədə noyabrın 21-də "YS" blokunun təsisçisi Eldar Namazov mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, 15 saylı 1-ci Yasamal seçki dairəsində seçkilərin nəticələrinə görə, o, səslərin əksəriyyətini qazanıb. Lakin hüquq pozuntuları və kütləvi saxtalaşdırmalar nəticəsində bu dairədə "Yeni Azərbaycan" partiyasından namizəd Gülər Əhmədova qalib gəlib. "Biz ölkədə keçirilən seçkiləri azad və ədalətli hesab etmirik və onu qeyri-demokratik hesab edirik" - deyə o bəyan edib.

E.Namazov baş prokuror Zakir Qaralova , MSK sədri Məzahir Pənahova, beynəlxalq müşahidə missiyasına, eləcə də Avropa Şurasına və ATƏT-ə parlament seçkilərində onun hüquqlarının pozulması ilə bağlı ərizə ilə müraciət edib. O öz hüquqlarını İnsan Hüquqları üzrə Avropa Məhkəməsində müdafiə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti