...

Azərbaycan-Pakistan hökumətlərarası birgə komissiyanın növbəti iclası fevralda keçiriləcək

Siyasət Materials 22 Noyabr 2005 11:45 (UTC +04:00)

Azərbaycan-Pakistan hökumətlərarası birgə komissiyasının növbəti iclasının 2006-cı ilin fevralında keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

İclas çərçivəsində tərəflər ikitərəfli əməkdaşlığın, xüsusilə iqtisadi sahədə inkişaf məsələlərini müzakirə edəcəklər. Həmçinin, iki ölkə arasında mal dövriyyəsinin 100-200 milyon dollara qədər artırılması da müzakirə olunacaq ki, bu, dövlət başçıları səviyyəsində Bakı və İslamabada rəsmi səfərlər çərçivəsində tərəflərə tapşırılıb. Komissiyanın iclasında daha sıx iqtisadi əlaqələrin yaradılması üçün işcüzar şəxslərin qarşılıqlı səfərlərinin təşkili məsələsi də müzakirə olunacaq.

Komissiyanın Azərbaycan hissəsinə baş nazirin birinci müavini Yaqub Eyyubov sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti