...

Andres Herkel: AŞPA-nın Bakıda seçkidən sonrakı missiyasını təşkil etmək məqsədəuyğundur

Siyasət Materials 22 Noyabr 2005 17:19 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərinin mövqeyi noyabrın 7-də Bakıda respublika Milli Məclisinə seçkilərin yekunlarına dair deyilənlərdən artıq fərqlənmir. Noyabrın 22-də Trend ə bu barədə eksklüziv olaraq AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Parisdə AŞPA Monitorinq komitəsi üzvlərinin müzakirəsi ilə bağlı mövqeyini açıqlayarkən bildirib.

"Parisdə komitə üzvlərinin verəcəyi qiymətləndirmə, eləcə də həmməruzəçilərin mövqeyi AŞPA Monitorinq missiyasının 2005-ci ilin noyabrın 7-də etdiyi məruzənin müddəalarından əsaslı olaraq fərqlənməyəcək"-deyə həmməruzəçi bildirib və qeyd edib ki, "AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin mandatının uzadılması yaxud ləğv edilməsi barədə məsələyə baxılması hələlik tezdir".

Həmməruzəçi həmçinin seçkidən sonrakı missiyanın təşkil edilməsi zərurətini vurğulayıb və həmin qərarın "məqsədəuyğun" olduğunu deyib.

Xatırladırıq ki, noyabrın 23-də Parisdə AŞPA-nın Monitorinq komitəsinin iclası keçiriləcək və orada Azərbaycanda keçirilmiş parlament seçkilərinin yekunları müzakirə ediləcək. Həmçinin noyabrın 25-də Buxarestdə AŞPA daimi komissiyasının iclası keçiriləcək və iclasda AŞPA-nın Azərbaycanın Milli Məclisinə seçkilər üzrə moni torinq nümayəndə heyətinin rəhbəri, hollandiyalı parlamentari Leo Platvoet çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti