...

Böyük bir qrup ədliyyə işçisi təltif olunub

Siyasət Materials 22 Noyabr 2005 19:44 (UTC +04:00)

Noybarın 22-də ədliyyə işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təntənəli yığıncaq keçirilib. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış edərək bu bayramın əhəmiyyətini vurğulayıb. Nazir öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən və dövlət başçısının ədliyyə orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrası sahəsində görülən tədbirlərdən danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilib.

Bayram münasibətilə böyük bir qrup ədliyyə işçisi təltif olunub. Onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və fəxri fərmanlar verilib, ədliyyə orqanlarında ilk dəfə işə qəbul olunan əməkdaşlara isə xidməti vəsiqələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti