...

Azərbaycan-Polşa birgə komissyiasının yaradılması təxirə salınır

Siyasət Materials 23 Noyabr 2005 13:21 (UTC +04:00)

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərlərarası komissiyasının yaradılması təxirə salınır. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirinin müşaviri Voyçex Quretski bəyan edib.

Onun sözlərinə görə, bunun səbəbi Polşa hakimiyətinin və hökumətinin dəyişilməsi ilə bağlıdır. Yeni hökumətin formalaşdırılması hələ də davam etdirilir. Diplomat qeyd edib ki, komissiyanın yaradılması yeni hökumətin qəti formalaşdırılmasından sonra öz həllini tapacaq.

Xatırladırıq ki, bu məsələ axırıncı dəfə Varşavada AR baş nazirinin müavini Abid Şərifovun Polşa tərəfi ilə görüşündə qaldırılıb. Azərbaycan tərəfi ikitərəfli iqtisadi-ticari münasibətlərin inkişafı məqsədilə belə bir komissiyanın yaradılmasında maraqlı olduğunu bildirib.Polşa tərəfi ümumi razılığını bildirib, texniki məqamların həll edilməsi qalır. Diplomat ümid edir ki, məsələ gələn ilin ilk aylarında həll ediləcək.

Xəbər lenti

Xəbər lenti