...

Narkotik maddələrin məhv edlməsi ilə bağlı tədbir keçirilib

Siyasət Materials 23 Noyabr 2005 14:14 (UTC +04:00)

Noyabrın 23-də Səttərxan adına zavodda narkotik maddələrin məhv edilməsi ilə bağlı tədbir keçirilib. Trend xəbər verir ki, həmin narkotik maddələr məhkəmə qərarları ilə qanunsuz dövriyyədən çıxarılıb.

Nazirlər Kabinetinin hərbi və inzibati orqanlarla iş üzrə şöbəsinin rəisi Əzim Piriyev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, ləğv edilən narkotik maddələrin ümumi çəkisi 142 kiloqramdır. "Bunun 81 kq-ı marixuana, 10 kq-ı həşiş, 16 kq-ı heroin, 36 kq-dan çoxu isə tiryəkdir. Hazırda ləğv edilən narkotik maddələrin qara bazarda ümumi qiyməti 1 milyon ABŞ dollarından yuxarıdır", - deyə Ə.Piriyev bildirib. Daha sonra narkotik maddələr yandırılaraq məhv edilib.

Qeyd edək ki, tədbirdə DİN, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Prokurorluq və məhkəmə işçiləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti