...

QAT ABŞ səfirliyindən "Stepanakertlə" Kaliforniyanın "qardaşlaşması" barədə izahat tələb edib

Siyasət Materials 23 Noyabr 2005 15:51 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rino Harnişə müraciət ünvanlayıb. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Müraciətdə bildirilir ki, ABŞ-ın Kaliforniya ştatının Montebello şəhər meriyası terrorçu yuvasına çevrilmiş "Stepanakert" şəhəri ilə "qardaşlaşmaq" haqqında qərar qəbul etməsi barədə məlumat yayılıb. Bildirilir ki, erməni işğalçılarının Stepanakert kimi təqdim etdiyi, qədim Azərbaycan şəhəri olan Xankəndi Ermənistanın silahlı qüvvələri tərəfindən 1991-ci ildə zəbt edilib. QAT ABŞ-ın hər hansı şəhərinin hazırda terrorizm və narkomarşrutların mərkəzinə çevrilmiş bir şəhərlə bağlı belə qərar qəbul etməsini təzavüzkar Ermənistana və onun Dağlıq Qarabağda yaratdığı separtçı, terrorçu rejimə dəstək verməsi kimi qiymətləndirib.

QAT-ın sədri Akif Nağı müraciətində ABŞ səfirindən bu məsələyə aydınlıq gətirməsini və fakt təsdiqlənərsə, dərhal bu üzdəniraq "qardaşlaşma" əməliyyatına son qoyulmasını tələb edib. Əks halda, ABŞ səfirliyinin qarşısında etiraz aksiyalarına başlanacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti