...

Gəncənin Fermerləri növbəti krediti aldılar

Siyasət Materials 23 Noyabr 2005 16:17 (UTC +04:00)

Noyabrın 23-də Dünya Bankının maliyyə dəstəyi ilə Gəncə Biznes Qrupu QHT yeni kredit kampaniyasını həyata keçirib. Nəticədə Qərb bölgəsinə daxil olan 9 rayondan 336 fermer 686 milyon manat həcmində pul alıb. İndiyədək sözügedən qurum 5 mindən artıq kiçik sahibkara və torpaq mülkiyyətçisinə kredit verib.

Təşkilatın direktor müavini Arif Cahangirov Trend nümayəndəsi ilə söhbətində qeyd edib ki, hər ay Dünya Bankı tərəfindən Gəncə Biznes Qrupuna 130-140 min dollar məbləğində vəsait verilir. Qeyd edək ki, təşkilatda sahibkarlara kreditlər 6 ay müddətinə verilir. Hər sahibkar üçün ilk mərhələdə müəyyənləşdirilmiş kreditin məbləği 300 ABŞ dolları, ikinci və üçüncü mərhələdə isə 500, 700 ABŞ dolları təşkil edir. Və bunun üçün heç bir girov tələb olunmur. Həmçinin proses üçün lazım olan sənədləşdirmə işlərini də təşkilatın əməkdaşları həyata keçirir.

Xəbər lenti

Xəbər lenti