...

Kipr Respublikasının missiyası Bakıya gələcək

Siyasət Materials 23 Noyabr 2005 16:53 (UTC +04:00)

Noyabrın 23-dən 24-nə keçən gecə Kipr Respublikası missiyasının Bakıya gəlişi gözlənilir. Trend bildirr ki, nümayəndə heyətinin tərkibinə Kipr hökumətinin iki nümayəndəsi də daxildir.

Səfərin məqsədi Azərbaycan ilə Kipr Respublikası arasında bir sıra əməkdaşlıq məsələlərinin müzakirəsidir.

Səfər proqramına Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər daxildir. Xüsusilə noyabrın 24 və 25-də AR XİN rəhbərliyi ilə görüşlər planlaşdırılıb. Səfər noyabrın 26-da başa çatır.

Hələlik həmin məlumat XİN-in mətbuat mərkəzi tərəfindən Trend ə təsdiqlənməyib.

Xəbər lenti

Xəbər lenti