...

MSK parlament seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim etdi

Siyasət Materials 23 Noyabr 2005 19:43 (UTC +04:00)

Noyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend xəbər verir ki, MSK-nın 3 üzvü Vidadi Mahmudlu, Əvər Əiyev və Mənsum Bayramov seçkidə çoxlu sayda qanun pozunitularnı əsas gətirərək yekun protokolların Konstitusiya Məhkəməsinə göndərilməsinə etirazlarını bildiriblər. MSK-nın digər üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Yusif Bağırzadə, Fuad Cavadov, Natiq Məmmədov və digərləri isə yekun protokolların Konstitisiya Məhkəməsinə göndərilməsinin tərəfdarı oluqlarını bildiriblər. Yekun protokolların onlara əlavə olunan sənədlərlə birliklə Konstiusiya Məhkəməsinə təqdim olunması məsələsi səsə qoyulub və 11 nəfərin səs çoxluğu ilə qəbul edilib. Cəmi 4 nəfər bu qərarın əliyinə səs verib. Beləliklə, 23 noyabr 2005-ci il tarixində MSK 6 noyabr parlament seçkilərinin yekunlarını təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti