...

Mübariz Qurbanlı: "Xalq müxalifəti dəstəkləmir"

Siyasət Materials 24 Noyabr 2005 11:39 (UTC +04:00)

"Müxalifət mübarizəsini hansı üsullarla həyata keçirsə də istədiyinə nail ola bilməyəcək". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib.

Qeyd edək ki, "Azadlıq" blokunun liderləri noyabrın 23-də keçirdikləri mətbuat konfransında seçkilərin nəticələrinə etiraz olaraq aksiyalarını oturaq tərzdə keçirmək, meydana narıncı çadrları gətirmək, insanları yaşadıqları binaların qarşısına çıxarmaq və s. üsullarla həyata keçirmək niyyətində olduqlarını bəyan ediblər.

YAP rəsmisi isə bildirib ki, müxalifət 1992-ci ildən bəri Azərbaycanda keçirilən heç bir seçkinin nəticələri ilə razılaşmayıb: "Bu illər ərzində onlar ən radikal mübarizə üsulunu seçiblər. Ancaq istədiklərinə nail ola bilməyiblər. Çünki xalq onları dəstəkləməyib. Bu dəfə də istənilən üsulu tətbiq edəcəklərinə baxmayaraq cəmiyyət onların səsinə səs verməyəcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti