...

Baş Prokurorun birinci müavini Moskvada rəsmi səfərdədir

Siyasət Materials 24 Noyabr 2005 14:13 (UTC +04:00)

Noyabrın 24-də Moskva şəhərində MDB dövlətlərinin Baş Prokurorlarının iştirakı ilə keçirilən iclasa Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov qatılıb. Bu barədə Trend ə Respublika Prokurorluğunun mətbuat xidmətinin əməkdaşı İsrafil Məmmədov məlumat verib.

İclasın gündəliyində korrupsiya, terrorçuluq və separatizmlə mübarizə sahəsində MDB ölkələrinin prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi dayanır.

Bundan əlavə, iclas iştirakçıları silah-sursat, nüvə və radioktiv materiallar, narkotik və psixotrop vasitələr, qanunsuz miqrasiya və digər məsələlər ətrafında da müzakirələr aparır.

İ.Məmmədov onu da bildirib ki, iclas öz işini noyabrın 25-də yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti