...

İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir sıra əməkdaşını təltif edib

Siyasət Materials 24 Noyabr 2005 16:44 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Trend in xəbər verdiyi kimi, sərəncamda bildirilir ki, Azərbaycanda həmkarlar ittifaqlarının yaranmasının 100 illiyilə əlaqədar Nabat Hüsenqulu qızı və Namiq Hüseynova "Əməkdar mədəniyyət işçisi" adı verilib.

Prezident imzaladığı digər fərmanla Səttar Mehbalıyevi "Şöhrət" ordeni, Ramiz Zeynalov, Salman Əliyev, Səməd Allahverdiyev, Mehman Yusifov və Ramiz Rəhimovu isə "Tərəqqi" medalı ilə təltif edib.

Xəbər lenti

Xəbər lenti