...

Ali Məhkəmənin Plenumu "Sadval"çının şikayətini təmin etməyib

Siyasət Materials 24 Noyabr 2005 17:09 (UTC +04:00)

Noyabrın 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum iclasnıda "Sadval" təşkilatının keçmiş üzvü Rahib Məsimovun şikayət ərizəsinə baxılıb. Bu barədə Trend ə onun vəkili Elman Osmanov məlumat verib.

Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Rahim Məhsimov separatçılıqda, qanunsuz hərbi təlimdə, terror aktında iştirak etməkdə və bir sıra ağır əməllərdə təqsirləndirilərək 1996-cı ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilib. R.Məhsimova qarşı irəli sürülmüş ittihamlarda göstərilir ki, o, "Sadval" milli ləzgi hərəkatı cəmiyyətinin tərkibində Azərbaycan Respublikasının ərazisində sabitliyi pozmaqda, Qusar, Quba, Xaçmaz rayonlarını Azərbaycandan ayırmaqda, ölkədə təhlükəli dövləti cinayətlər törətməkdə fəal iştirak edib. Bundan əlavə, 19.03.1994-cü ildə Bakı mteropoliteninin "20 yanvar" stansiyasında törədilmiş terror aktına rəhbərlik və iştirak etməsində də təqsirləndirilib.

Rahib Məsimov Ali Məhkəmənin Plenumuna müraciətində barəsində olan ömürlük həbs cəzasının 15 illik həbs cəzası ilə əvəz edilməsini xahiş edib. Lakin Plenum iclasının iştirakçıları ərizəni müzakirə edərək belə qərara alıblar ki, R,Məsimovun cəzası törətdiyi əmələ uyğundur. Beləliklə də Plenum iclasında "Sadval"çı barədə olan əvvəlki məhkəmə qərarlarının qüvvəsində saxlanılmasına dair yeni qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti