...

MDB hökumət başçıları Şurasının iclasında Azərbaycanı Abbas Abbasovun başçılıq edəcəyi nümayəndə heyəti təmsil edəcək

Siyasət Materials 24 Noyabr 2005 17:26 (UTC +04:00)

Azərbaycanı noyabrın 25-də Moskvada keçiriləcək MDB hökumət başçıları Şurasının iclasında Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib.

Qarşıdakı iclasda 30-dan artıq məsələ müzakirəyə çıxarılacaq. Onların arasında Birlik dövlətlərinin ümumi elektrik enerjisi bazarının formalaşması kimi məsələlər müzakirə ediləcək.

MDB hökumət başçıları Şurasının iclasının gedişində 25 müxtəlif sənədin müzakirə olunmadan imzalanması gözlənilir. Onların arasında texniki reqlamentlərin harmonizasiyasının əsasları barədə; xarici ticarətdə gömrük statistikasının vahid metodologiyası və s. var.

Xəbər lenti

Xəbər lenti