...

Elmar Məmmədyarov Tbilisidə Gürcüstanın XİN rəhbərinin Azərbaycana qarşıdakı səfərini müzakirə edib

Siyasət Materials 24 Noyabr 2005 17:56 (UTC +04:00)
Elmar Məmmədyarov Tbilisidə Gürcüstanın XİN rəhbərinin Azərbaycana qarşıdakı səfərini müzakirə edib

Tbilisidə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin Azərbaycana qarşıdakı rəsmi səfəri ilə bağlı məsələlər müzakirə olunub. Gürcüstanın Azərbaycandakı səfiri Ramiz Həsənovun Trend ə verdiyi ekskluziv məlumata görə, bu məsələ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla onun gürcü həmkarı ilə görüşü zamanı müzakirə edilib. Qeyd edək ki, görüş Azərbaycanın XİN rəhbərinin Gürcüstanda "qızılgül inqilabı"nın ikinci ildönümü münasibətilə təntənələrdə iştirak etmək üçün qısamüddətli səfər zamanı keçirilib.

Səfirin sözlərinə görə, səfərin dekabrın birinci yarısında keçirilməsi barədə razılıq əldə olunub. Nazirlər Azərbaycanla Gürcüstan arasındakı dövlət sərhədlərinin demilitarizasiyası, GUAM və digər beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Diplomatın sözlərinə görə, Azərbaycanın xarici siyasət idarəsini rəhbəri həmçinin, Ukraynanın xarici işlər naziri Boris Tarasyuk və Gürcüstanın prezidenti Mixail Saakaşvili ilə də görüşlər keçirib. Bu görüşlərdə əsas diqqət ikitərəfli münasibətlərə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, eləcə də GUAM -da fəaliyyətə ayrılıb.

Xəbər lenti

Xəbər lenti