...

Rüstəm Usubov: İstintaq hərəkətlərinin keçirilməsində biz həmişə MDB ölkələri arasında dəstək tapırıq

Siyasət Materials 24 Noyabr 2005 19:18 (UTC +04:00)

"MDB ölkələri prokurorluqlarının qarşılıqlı münasibətlərində birgə istintaq qrupları yaradılması praktikası yoxdur, amma bu, sıx əməkdaşlıq imkanlarını istisna etmir". Trend İTAR-TASS-a istinadən bildirir ki, noyabrın 24-də MDB ölkələri baş prokurorluqları Əlaqələndirmə Şurasının (BPƏŞ) Moskvada keçirilən iclasının yekunlarını şərh edərkən AR baş prokurorunun birinci müavini Rüstəm Usubov bu barədə bəyan edib.

"Ayrı-ayrı tapşırıqlar üzrə istintaq hərəkətlərinin keçirilməsi praktikası vardır. Zərurət halında biz digər ölkələrin istintaq orqanlarına tapşırıqlar göndəririk və şəmihə dəstək tapırıq" -deyə Usubov bildirib.

Bütövlükdə BPƏŞ iştirakçıları bir sıra cinayət işlərinin, o cümlədən terrorizmlə bağlı cinayət işlərinin araşdırılması sahəsində qarşılıqlı münasibətin yüksək səviyyəsini qeyd ediblər.

Müşavirənin işində MDB-nin 10 ölkəsinin - Rusiya, Belorusiya, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna,Ermənistan, Gürcüstan, Qazaxıstan, Azərbaycanın baş prokurorluq nümayəndələri, müşahidəçi kimi isə Özbəkistan prokurorluğunun nümayəndəsi iştirak edib.Qapalı keçən iclasın iştirakçılarından birinin sözlərinə görə, "postsovet məkanında prokurorluq orqanlarının fəaliyyətindəki daha aktual problemlər müzakirə edilib və korrupsiya, terrorizm və ekstremizm ilə mübarizə, vətəndaş hüququ və azadlığının müdafiəsi və digər bu kimi problemlərə dair konkret qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti