...

BŞBPİ rəisi növbəti dəfə "Azadlıq" blokunun nümayəndələri ilə göruşüb

Siyasət Materials 25 Noyabr 2005 16:50 (UTC +04:00)
BŞBPİ rəisi növbəti dəfə "Azadlıq" blokunun nümayəndələri ilə göruşüb

Noyabrın 25-də Bakı Şəhər Baş Polis İdraəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyev "Azadlıq" blokunun nümayəndələri ilə növbəti dəfə görüşüb. Bu barədə Trend ə məlumat verən BŞBPİ-nin rəis müavini Yaşar Əliyevin sözlərinə görə, görüşün məqsədi "Azadlıq" blokunun noyabrın 26-na planlaşdırdığı icazəli mitinqlə əlaqədar olub.

Rəis müavini bildirib ki, "Azadlıq" blokunun üzvləri ilə görüşdə tərəflər icazəli aksiyanın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş ərazidə keçirilməsi ilə bağlı razılığa gəliblər. "Bundan başqa, Baş Polis İdarəsinin rəisi müxalifət nümayəndələrinə mitinqdə hər hansı qarşıdurmaya səbəb ola biləcək hərəkətlərə yol verilməməsi və aksiyanın müəyyən edilmiş müddət ərzində başa çatdırılması ilə bağlı tövsiyələrini də edib", - deyə rəis müavini söyləyib.

Görüşdə Bakı şəhər Prokurorluğunun birinci müavini Hafiz Babayev, "Azadlıq" blokunun nümayəndələri Həsən Kərimov (AXCP (i), Məmməd Zeynalov (Müsavat partiyası) və Nurəddin İsmayılov (ADP) iştirak edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aksiyanın "Qələbə" meydanında keçirilməsi üçün saat 15.00-dan 17.00-dək vaxt ayırıb.

Xəbər lenti

Xəbər lenti