...

Azərbaycan prezidenti Məkkədə İslam Konfransı Təşkilatının sammitində iştirak edə bilər

Siyasət Materials 25 Noyabr 2005 18:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Məkkədə İslam Konfransı Təşkilatının (İKT) sammitində iştirak etməsi mümkündür. Bu barədə Trend ə prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ekskluziv məlumat verib. Bununla yanaşı, onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, İKT-nın sammiti dekabrın 7-8-də keçiriləcək. Gündəliyə islam dünyasının problemləri və onların həlli yolları daxil edilib. 57 ölkənin dövlət və hökumət başçıları iki gün ərzində siyasi, iqtisadi və mədəni problemləri, islam dünyasında cərəyan edən hadisələri müzakirə edəcək və eləcə də, perspektiv üçün birgə mövqe işləyib hazırlayacaqlar.

Xatırladaq ki, İKT 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələri dövlət və hökumət başçılarının konfransında yaradılıb. Dövlət və hökumət başçılarının konfrası 3 ildə bir dəfə keçirilir. İKT-nın siyasi orqanı xarici işlər nazirlərinin konfransı, icraçı orqanı Baş katiblik, "müvəqqəti" (Yerusəlim azad olana kimi) mənzil-qərargahı Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.

Xəbər lenti

Xəbər lenti