Noyabrın 27-də Çeçenistanda keçiriləcək parlament seçkilərində Azərbaycanın Mərkəzi Seçki Komissiyası müşahidəçi qismində iştirak etməyəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
MSK-nın beynəlxalq əlaqələr şöbəsindən bildirilib ki, Çeçenistanda keçiriləcək seçkinin müşahidəsini aparmaq üçün quruma müraciət edilməyib. MSK-nın nümayəndə heyəti yalnız dekabrın 4-də Qazaxıstanda keçiriləcək prezident seçkiləri müşahidə edəcək.