...

Apellyasiya Məhkəməsi 43 saylı Sumqayıt dairəsindən namizədlərin iddiasını təmin etməyib

Siyasət Materials 26 Noyabr 2005 18:29 (UTC +04:00)

Noyabrın 26-da Apellyasiya Məhkəməsində 43 saylı Sumqayıt 3-cü seçki dairəsi üzrə 10-a yaxın deputatlığa namizədlərin həmin dairədə seçkilərin nəticələrinin ləğv edilməsi barədə şikayətinə baxılıb. Bu barədə Trend ə namizədlərdən biri İntiqam Əliyev məlumat verib. O bildirib ki, namizədlər apellyasiya şikayətində həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir.

İntiqam Əliyev bildirib ki, onlar məhkəməyə 50 səhifə həcmində şikayət, 400-ə yaxın qanun pozuntuları barədə aktlar, seçki məntəqələrində baş vermiş özbaşınalıqlar barədə təqribən 1 saatlıq videomaterial, səsvermənin nəticələrinə dair 200-dən çox protokol və digər materiallar təqdim ediblər.

Hakim Cavanşir Məmmədovun sədrliyilə keçən məhkəmə iclasında şikayətçilərin iddiası təmin olunmayıb. İ.Əliyev Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti