...

İranın xarici işlər naziri: "İranla Azərbaycan xarici qüvvələrə hər iki ölkə arasında qarşıdurma yaratmağa imkan verməyəcək"

Siyasət Materials 28 Noyabr 2005 15:03 (UTC +04:00)
İranın xarici işlər naziri: "İranla Azərbaycan xarici qüvvələrə hər iki ölkə arasında qarşıdurma yaratmağa imkan verməyəcək"

"İranla Azərbaycan xarici qüvvələrə hər iki ölkə arasında qarşıdurma yaratmağa imkan verməyəcək". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 28-də İranın xarici işlər naziri Manuçöhr Mottaki bəyan edib.

Onun sözlərinə görə, hər iki ölkə arasında mövcud dostluq münasibətləri hər hansı bir dövlətə qarşı yönəlməyib. Rəsmi Tehranın nüvə siyasəti ilə bağlı mövqeyinə toxunan nazir bildirib ki, İranın hərbi doktrinasında atom silahı nəzərdə tutulmayıb. İranın nüvə proqramından dinc məqsədlərlə istifadə etmək hüququ var və heç kim bu hüqüqu onun əlindən ala bilməz", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti