...

Xələf Xələfov: "Azərbaycan Avropa Birliyinin "Yeni Qonşuluq Siyasətindən" kənarda qalmayacaq"

Siyasət Materials 28 Noyabr 2005 17:04 (UTC +04:00)

"Azərbaycan Avropa Birliyinin "Yeni Qonşuluq Siyasətindən" kənarda qala bilməz və qalmayacaq da". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistanın rəsmi şəxslərinin Azərbaycanın bu siyasətə qoşula bilməməsilə bağlı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu bəyanatlar təbliğat xarakteri daşıyır. Azərbaycanla AB daha sıx əməkdaşlıqda maraqlıdır və təşkilat rəhbərliyi bu niyyətini xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə görüşlərində bildirib.

"İlin sonuna kimi AB-nin ekspert missiyası Bakıya səfər edəcək. Səfərdə məqsəd fərdi tərəfdaşlıq planının hazırlanmasından ibarətdir", - deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti