...

Ramiz Rizayev: Rusiyada Azərbaycan İlinin bağlı elan edilməsi ilkin olaraq dekabrın 17-nə təyin edilib

Siyasət Materials 28 Noyabr 2005 17:36 (UTC +04:00)
Ramiz Rizayev: Rusiyada Azərbaycan İlinin bağlı elan edilməsi ilkin olaraq dekabrın 17-nə təyin edilib

Azərbaycan prezidenti İlham Əliyev Rusiyada keçiriləcək Azərbaycan ilinin təntənəli bağlanış mərasimində gərgin iş qrafiki ilə bağlı olaraq iştirak edə bilməyəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev bildirib.

Onun sözlərinə görə, təntənəli tədbir ilkin olaraq Moskvada dekabrın 17-nə təyin edilib. Səfir qeyd edib ki, bu təntənəli tədbirlərdə Azərbaycanın hökumət nümayəndə heyətinə kimin başçılıq edəcəyi hələlik müəyyən edilməyib, bu məsələni dövlət başçısı özü həll edəcək.

Hazırda qarşıdakı tədbirlərə hazırlıq işləri aparılır. Səfir bildirib ki, Rusiyada Azərbaycan İlinin rəsmi bağlanış mərasimi Azərbaycanın ümummilli lideri, keçmiş prezident Heydər Əliyevin abidəsinin açılışı ilə eyni vaxta təsadüf edir. Onun sözlərinə görə, abidə Moskvanın görkəmli yerlərindən biri olan "Aeroport" metro stansiyasının yanında, Səməd Vurğun küçəsi ilə "Bakı" kinoteatrının yaxınlığındakı bağda qoyulacaq. Abidənin müəllifləri Azərbaycan və Rusiyanın görkəmli heykəltaraşları - N.Əliyev və P.Şerbakovdur.

Xəbər lenti

Xəbər lenti