...

Naxçıvan Muxtar Respublikası birinci sessiyasını başa vurub

Siyasət Materials 28 Noyabr 2005 18:03 (UTC +04:00)

Noyabrın 28-də saat 11.00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü çağırış birinci sessiyası öz işinə başlayıb. Bu barədə Trend in regional müxbiri NMR Ali Məclisinin mətbuat xidmətinə istinadən bildirir.

Sessiyanın gündəliyində duran məsələlər müzakirə olunub. NMR Ali məclis sədrinin, sədr müavinlərinin, eləcə də NMR Ali Məclisinin daimi komissiya sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi, NMR dövlət büdcəsinin təsdiq edilməsi, "NMR Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında", NMR Ali Məclisi sədrinin fərmanlarının təsdiq edilməsi haqqında məsələlər müzakirə edilib.

Sessiya öz işini başa vurub və NMR Ali Məclisinin sədri Vasif Talıbov yenidən Ali Məclisin sədri vəzifəsinə seçilib. Ali Məclisin deputatı Azər Zeynalov isə Ali Məclis sədrinin birinci müavini vəzifəsinə seçilib.

Xəbər lenti

Xəbər lenti