...

Ramiz Rizayev: "Moskva şəhər məhkəməsinin qərarı Raqozinə və Rusiyada onun kimilərinə yaxşı dərs olacaq"

Siyasət Materials 28 Noyabr 2005 18:42 (UTC +04:00)

"Mən Moskva şəhər məhkəməsinin düzgün qərar çıxardığını hesab edirəm və düşünürəm ki, bu, nəinki Raqozinə, həm də Rusiyada onun kimilərinə yaxşı dərs olacaq". Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev Moskva şəhər məhkəməsinin "Rodina" partiyasının millətlərarası ədavətin qızışdırılmasına çağıran "Moskvanı zibillərdən təmizləyək" videoroliki ilə əlaqədar onun seçkilərdə qeydiyyatının ləğv edilməsilə bağlı qərarını şərh edərkən bildirib.

"Bu gün bu Raqozin olub, sabah isə başqası ola bilər", - deyə səfir qeyd edib. Onun sözlərinə görə, "Rusiya rəhbərliyi yaxşı ki, bunu başa düşür".

Diplomat onu da vurğulayıb ki, Raqozin və onun partiyasını millətlərarası ədavətin qızışdırılmasında təqsirləndirən Fransanın Rusiyadakı səfiri də daxil olmaqla burada akkreditə olunmuş səfirlikliklərin səfirlərindən son zamanlar çoxlu zəng alıb.

Xəbər lenti

Xəbər lenti