...

Azad və Ədalətli Seçkilər Uğrunda blok fəaliyyətini dayandırıb

Siyasət Materials 29 Noyabr 2005 12:43 (UTC +04:00)

"19 saylı Nərimanov seçki dairəsindən olan bir qrup namizədin birgə yaratdığı Azad və Ədalətli Seçkilər Uğrunda blok fəaliyyətini dayandırıb". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

O, namizədlər arasında bir qədər fikir ayrılığı yarandığını bildirib: "Həm də seçkilər bitdikdən sonra bir qədər mübarizə apardıq. Gördük ki, heç nəyə nail ola bilməyəcəyik. Ona görə də blokun fəaliyyətini dayandırmaq məcburiyyətində qaldıq".

E.Musayev seçkilərin saxtalaşdırılması ilə bağlı yalnız partiya adından bəyanat verdiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti