...

Azərbaycanın xarici işlər naziri Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşə bilər

Siyasət Materials 29 Noyabr 2005 13:31 (UTC +04:00)

Azərbaycan dekabrın 1-2-də Kiyevdə Borjomi təşəbbüsü ilə keçiriləcək "Demokratik dünya cəmiyyəti" beynəlxalq forumunda öz maraqlarını əsas tutaraq çıxış edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Ukraynadakı səfirliyinin birinci müşaviri Səbuhi Temirov bildirib.

Diplomatın sözlərinə görə, Ukraynanın təşəbbüsü ilə təşkil olunmuş forum daha çox deklarativ xarakter daşıyır. Forumda Baltik, Qara dəniz və Xəzər regionu ölkələrində demokraitk proseslərin gedişinin müzakirəyə çıxarılması planlaşdırılır.

Bu tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Hazırda səfirlik onun səfəri ilə bağlı hazırlıq işləri aparır. Muşavirin sözlərinə görə, forum çərçivəsində E.Məmmədyarovun digər ölkələrin rəsmi nümayəndələri ilə ikitərəfli görüşü də baş tuta bilər.

S.Temirov, həmçinin, nazirin Ukrayna prezidenti Viktor Yuşenko ilə də görüşəcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti