...

"Azadlıq" bloku və Milli Birlik Hərəkatı prezidentə və güc strukturu rəhbərlərinə müraciət edib

Siyasət Materials 29 Noyabr 2005 14:44 (UTC +04:00)

"Azadlıq" bloku və Milli Birlik Hərəkatı noyabrın 29-da Azərbaycan prezidenti və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edib". Bu barədə Trend ə "Azadlıq" bloku Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn bildirib.

P.Hüseyn qeyd edib ki, müraciət müxalifətin parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı noyabrın 26-da "Qələbə" meydanında keçirdiyi mitinq zamanı baş verən qarşıdurma nəticəsində həbs edilən 30 nəfərin azadlığa buraxılması ilə bağlı olub: "Tutulanların yaxınlarının bizə müraciətlərinə əsasən dövlət başçısından və bir sıra hüquq-mühafizə orqanları rəhbərlərindən məsələni diqqətdə saxlamalarını xahiş etmişik".

P.Hüseyn onu da bildirib ki, baş verən məlum hadisələrlə bağlı dünyanın aparıcı beynəlxalq təşkilatlarına və hüquq müdafiəsi ilə məşğul olan qurumlara da müraciət edilib.

Xəbər lenti

Xəbər lenti