...

Yaxın 2-3 gündə Ukrayna Azərbaycan-Ukrayna birgə komissiyasının yeni həmsədrini təyin edəcək

Siyasət Materials 29 Noyabr 2005 16:17 (UTC +04:00)

Yaxın 2-3 gün ərzində Ukrayna hökuməti iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna komissiyasının həmsədrini təyin edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Ukraynadakı səfirliyinin I müşaviri Səbuhi Temirov həmin ölkə hökumətindən aldığı informasiyaya əsasən bildirib.

Onun sözlərinə görə, həmsədrlərin paritet əsasda təyin olunması və Azərbaycan tərəfdən komissiyayya baş nazirin I müavini Abbas Abbasovun rəhbərlik etməsi ilə bağlı olaraq Ukrayna tərəfdən də həmin ölkənin baş nazirinin I müavini komissiyaya başçılıq edəcək. Azərbaycan hökuməti yaxın vaxtlar ərzində komissiyanın fəaliyyətinin bərpa edilməsi və növbəti iclasının keçirilməsi zərurətini Ukrayna tərəfinin diqqətinə çatdırıb.

S.Temirovun sözlərinə görə, Ukrayna tərəfdən həmin ölkənin müdafiə və təhlükəsizlik şurasının katibi komissiyanın keçmiş həmsədri təyin edilmişdi.

Xatırladaq ki, Ukraynada baş vermiş siyasi dəyişikliklərlə bağlı olaraq ölkə hökumətinin tərkibində də dəfələrlə dəyişiklik olub, nəticədə isə komissiyanın iclası bir neçə dəfə təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti