...

İran prezidenti ESO üzvü ölkələrini regional münasibətlərdə əsaslı dəyişikliklərə çağırır

Siyasət Materials 29 Noyabr 2005 17:57 (UTC +04:00)

İqtisadi əməkdaşlıq Təşkilatı (ECO) üzvü ölkələrinin regional münasibətlərində əsaslı dəyişikliklər zərurəti yaranıb. Trend İranın Azərbaycandakı səfirliyinin məlumatına istinadən bildirir ki, bu barədə İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycan prezidenti İlham Əliyevə ESO-nun yaradılmasının 13 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

İran prezidentinin fikrincə, bu zərurəti ESO ölkələri tərəfindən ticarət və tranzit nəqliyyatı sahəsində əməkdaşlığa dair imzalanmış sazişlər, ESO bankının təsis edilməsi və digər məsələlər yaradır.

İran prezidenti əmin olduğunu bildirir ki, yaranmış mühit, Azərbaycanın təşkilatda fəal iştirakı, habelə Azərbaycan prezidentinin dəstəyi region xalqlarının, o cümlədən İran və Azərbaycanın rifahına xidmət edir.

M.Əhmədinejat həm də təşkilatın məqsədlərinin uğurlu gerçəkləşdirilməsi, eləcə də ESO çərçivəsində ikitərəfli münasibətlərin inkişafı üçün İranın bütün səylərini səfərbər etməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti