...

Əfşar Süleymani: Naxçıvan və İran arasında sərhədin keçilməsi rejimi sadələşdirilib

Siyasət Materials 29 Noyabr 2005 18:42 (UTC +04:00)

Noyabrın 28-də Bakıda Azərbaycan və İranın XİN başçıları arasında imzalanmış saziş Naxçıvan Muxtar Respublikası (NMR) və İran arasında sərhədin keçilməsi rejimini sadələşdirib. Trend bildirir ki, noyabrın 29-da İranın Azərbaycandakı səfiri Əfşar Süleymani jurnalistlərlə söhbətində bu barədə bəyan edib.

Səfir qeyd edib ki, həmin saziş Azərbaycan prezidenti İlham Əliyevin yanvarda İrana keçirilən rəsmi səfərində imzalanmış sazişin davamıdır.O, xatırladıb ki, öncədən mövcud olan razılaşmaya əsasən dövlət sərhədinin 45 km məsafəsində yaşayan iki ölkənin vətəndaşları ildə dörd dəfə viza almadan Azərbaycan-İran sərhədini keçə bilər. Amma Ə. Süleymaninin sözlərinə görə, yanvar sazişinin imzalanmasından sonra NMR sakinlərinə münasibətdə də müəyyən problemlər meydana çıxıb, belə ki, yeni rejimə əsasən, sərhədin keçilməsi yalnız beynəlxalq pasport əsasında mümkündür, İran instansiyalarının NMR sakinlərinə verdiyi köhnə icazələr isə ləğv edilib.

"Məlum olduğu kimi, blokada vəziyyətində yaşayan və İran sərhədinin keçilməsində xüsusilə maraqlı olan Naxçıvan sakinləri problemlərlə üzləşir"-deyə İran diplomatı qeyd edib və bildirib ki, noyabrın 29-da Bakıda iki ölkənin XİN başçıları arasında imzalanmış saziş AR XİN başçısının müavini Xələf Xələfovun Tehrana səfəri zamanı hazırlanıb.

"Danışıqlar iki həftə davam edib və X.Xələfovun Bakıya qayıtması ərəfəsində başa çatıb"-deyə İran səfiri qeyd edib və bildirib ki, sazişin son ştrixləri İranın XİN başçısı Mənuçehr Mottəkinin Bakıya səfəri zamanı keçirilmiş danışıqlarda işlənib.

Yeni sənədə əsasən, iki ölkəni n diplomatik missiyaları üç gün ərzində pulsuz üçaylıq çoxdəfəlik viza verməlidir. "Həmin vizanı almış şəxslər 20 gün ərzində ölkədə qala bilər. Eyni zamanda, xüsusilə Naxçıvan sakinləri üçün sərhədi vizasız keçmə 4 dəfədən 12-dəfəyədək artırılıb. NMR sakinlərinin pasportuna xüsusi möhürlər vurulacaq ki, Bakıdan İrana təyyarə reysində pulsuz vizalar alına bilsin"-deyə İran səfiri qeyd edib və bildirib ki, Culfada (NMR) buraxılış məntəqəsində bir dəfəlik aylıq vizanın təqdim edilməsi rejimi aparılır.

Ə. Süleymani qeyd edib ki, İranın XİN başçısının Azərbğaycana rəsmi səfəri çərçivəsində müvafiq instansiya tərəfindən iki dövlətin hava limanında vizaların verilməsi məsələsinin işlənib-hazırlanması tapşırılıb. Həmin saziş iki il ərzində qüvvədə olacaq. Əgər tərəflər həmin sənədin qüvvədən düşməsini bəyan etməsə, onda onun qüvvədə qalma müddəti daha iki il uzadılacaq.

Sonda İran diplomatı bildirib ki, Azərbaycan ilə İran arasında viza rejiminin tamamilə ləğv edilməsi barədə danışmaq tezdir.

Xəbər lenti

Xəbər lenti