...

Sabiq hərbi komissarın məhkəməsi başlanacaq

Siyasət Materials 30 Noyabr 2005 13:14 (UTC +04:00)

Dekabrın 1-də Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Hərbi Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə İmişli rayonunun sabiq hərbi komissarı Elxan Nəsirovun məhkəməsi başlanacaq. Bu barədə Trend ə hakim Sahibxan Mirzəyev məlumat verib.

Sabiq hərbi komissar vəzifə saxtakarlığında, hakimiyyət həddini aşmaqda, roüşvət almaqda, dələduzluq və xuliqanlıq əməllərində təqsirli bilinir.

Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilib ki, Elxan Nəsirov 2001-2004-cü illər ərzində "Hərbi xidmətə çağırışdan əsasları haqqında" Qanunun tələblərini kobud şəkildə pozub. Qeyd olunan müddət ərzində dinc dövrdə çağırışdan azad edilmiş vətəndaşları qanunsuz oalraq hərbi xidmətə göndərib. Fərarilik etmiş hərbi qulluqçulardan isə müxtəlif məbləğlərdə rüşvət alaraq həmin şəxslərə hərbi xidmətin qanunla müəyyən edilmiş müddətini başa vurub hərbi xidmətdən ehtiyata buraxılmaları barədə saxta hərbi biletlər verib.

Sabiq hərbi komissar vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə aldığı pulları ondan geri igeri tələb edən vətəndaşlar Vüqar İsayevlə Əbülfəz Əliyevi döyüb.

Qeyd edək ki, sabiq hərbi komissarla cinayət əlaqəsinə girmiş eyni hərbi komissarlığın əməkdaşı Şahin Cavadovla mülki vətəndaş Mübariz Usubov da onunla birlikdə məhkəmə qarşısında dayanacaq.

Xəbər lenti

Xəbər lenti