...

Gələn il Rumıniyanın prezidenti və baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 30 Noyabr 2005 16:14 (UTC +04:00)

2006-cı ilin yayında Rumıniyanın prezidenti Trayan Basesku Azərbaycana ilk rəsmi səfər edəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke məlumat verib.

Səfirin sözlərinə görə, Azərbaycana səfər etmək barədə dəvətnamə artıq Rumıniya prezidentinə çatdırılıb və o, bu səfərə razılıq verib. Səfir bildirib ki, əvvəlcə səfər cari ilin payızına təyin edilmişdi. Lakin Azərbaycandakı parlament seçkiləri ilə əlaqədar onu bir qədər təxirə salmaq lazım gəldi. Diplomat ümid etdiyini bildirib ki, gələn ilin yayında bu səfəri həyata keçirmək mümkün olacaq.

Səfirin sözlərinə görə, gələn il həm də Rumıniyanın baş nazirinin Azərbaycana çoxdan planlaşdırılan səfəri də baş tutacaq. "Biz Rumıniyadakı hökumət böhoranı üzündən bu il reallaşdıra bilmədik. Lakin onun gələn il həyata keçiriləcəyinə ümid edirik", - deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti