...

Rumıniya Azərbaycan ilə müqavilə-hüquqi bazaya yenidən baxmaq niyyətindədir

Siyasət Materials 30 Noyabr 2005 18:03 (UTC +04:00)

Rumıniya Azərbaycan ilə müqavilə-hüquqi bazaya yenidən baxmaq niyyətindədir. Trend bildirir ki, 1 dekabr - Rumıniyanın Milli günü münasibətilə noyabrın 30-da keçirilən mətbuat konfransında həmin ölkənin Azərbaycandakı səfiri Nikolae Ureke bəyan edib.

Onun sözlərinə görə, bunu Rumıniyanın inteqrasiya olunduğu Avropa Birliyinin (AB) prinsipləri tələb edir. Səfirin sözlərinə görə, ilk növbədə ticarət sahəsində, eləcə də müdafiə və investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair sazişlərə yenidən baxılacaq.

Səfir bildirib ki, bir sıra digər ikitərəfli sənədlərin layihəsi üzərində də işlər davam etdirilir. Bu layihələr bank fəaliyyətində əməkdaşlığa dair saziş, hərbi-texniki sahədə 2 saziş, eləcə də terrorizm və transmilli cinayətkarlıqla mübarizədə əməkdaşlığa dair saziş layihələridir.

Səfir bəyan edib ki, Azərbaycan ilə ticari-iqtisadi münasibətlərin səviyyəsi Rumıniyanı qane etmir. Onun sözlərinə görə, bunların inkişafı üçün daha böyük potensial vardır.Bu perspektivlərə hökumətlərarası komissiyanın gələn ilin əvvəlində keçiriləcək iclasında baxılacaq. "Bizim məqsədimiz energetika sahəsində əməkdaşlıqla məhdudlaşmır.Biz həmçinin qeyri-neft sektorunda qarşılıqlı fayda kəsb edən əməkdaşlıq yaratmaq istəyirik"-deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti