2005-ci ilin noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi ilə bağlı dekabrın 1-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun iclası olacaq. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Plenumun iclası saat 10.00-da Konstitusiya Məhkəməsinin binasında başlayacaqdır.