...

Rino Harniş: "Azadlıq" bloku parlamentin işində iştirakla bağlı özü qərar çıxarmalıdır

Siyasət Materials 9 Dekabr 2005 17:14 (UTC +04:00)

Müxalifətin "Azadlıq" bloku üçüncü çağırış Milli Məclisin (parlamentin) işində iştirakı barədə özü qərar qəbul etməlidir. Hərçənd ki, parlamentdə iştirak etməyin müsbət tərəfləri var. Trend in məlumatına görə, Bu barədə dekabrın 9-da "Xəzər"universitetinin tələbələri ilə görüşündə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bəyan edib.

Onun sözlərinə görə, parlamentin işində iştirakıda "müsbətlik" ən azı üç amilə əsaslanır. Birincisi, parlament hər bir deputatın ictimaiyyətə müraciət edə biləcəyi tribunadır. İkincisi, parlamentin işində iştirak seçicilərin fikirlərinin ifadə etməyə imkan verir. Üçüncüsü, Milli Məclisin səmərəli işi üçün plyuralizm zəruridir. Başqa sözlə, müxtəlif siyasi qüvvələr hər bir konkret məsələ üzrə öz fikrini ifadə etmək imkanına malik olmalıdır.

Eyni zamanda, R.Harnişin sözlərinə görə, noyabrın 6-da keçirilən parlament seçkilərinin gedişində seçicilərin yalnız 46 faizi səsvermədə iştirak edib və bu da şübhəsiz ki, aşağı göstəricidir.

Sonda ABŞ-ın Bakıdakı səfiri bəyan edib ki, Vaşinqtonun Azərbaycanla bağlı siyasəti bir sıra prioritetlərə əsaslanır: təhlükəsizlik sahəsində əməkdaşlıq; siyasi islahatların dəstəklənməsi və respublikada demokratik institutların inkişafı, eləcə də neft və energetika sahəsində əlaqələrin inkişafı. Buna baxmayaraq, Amerika səfirinin bildirdiyinə görə, Ağ Evin xarici siyasətinin bütün 3 anı qarşılıqlı əlaqədədəri və onlar kompleks şəkildə nəzərdən keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti